...

Azərbaycan və İran qaz müqaviləsi imzalayıblar

Energetika Materials 15 Dekabr 2009 18:10 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İranın Milli Qaz İxracı Şirkəti arasında Azərbaycan qazının qış dövründə İranın şimal əyalətlərinə tədarükü haqqında, məxfilik haqqında, Azərbaycan qazının tədarük edilməsi ilə bağlı beşillik müqavilə üzrəiki həftə ərzində danışıqların keçirilməsi haqqında müqavilə imzalanıb.
Azərbaycan və İran qaz müqaviləsi imzalayıblar

Azərbaycan, Bakı, 15 dekabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İranın Milli Qaz İxracı Şirkəti arasında Azərbaycan qazının qış dövründə İranın şimal əyalətlərinə tədarükü haqqında, məxfilik haqqında, Azərbaycan qazının tədarük edilməsi ilə bağlı beşillik müqavilə üzrə iki həftə ərzində danışıqların keçirilməsi haqqında müqavilə imzalanıb. Bu barədə Azərbaycan XİN-ın məlumatında deyilir.

İlin əvvəlindən ölkələr arasında mövcud olan inftastrukturların imkanlarına müvafiq olaraq müəyyən həcmdə Azərbaycan qazının İrana tədarük ediləcəyi planlaşdırılırdı. Hazırda infrastrukturlar ildə 500 milyon kubmetr qaz tədarük etməyə imkan verir. Tərəflər qaz-kompressor stansiyalarının ötürücülük qabiliyyətinin artırılması hesabına gələcəkdə ötürmə qabiliyyətini artırmaq niyyətindədir.

Qazın qiyməti göstərilmir.

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhraminin bir müddət əvvəl dediyi kimi, İran Azərbaycandan ildə beş milyard kubmetrədək qaz almaq niyyətindədir.

Azərbaycan dörd istiqamətdə qaz ixrac edir - Türkiyə, Gürcüstan, Rusiya və İran. Hazırda qaz Türkiyə və Gürcüstana tədarük edilir, ilin əvvəlindən isə Rusiyaya ixrac edilməyə başlanılacaq. Azərbaycan İrana Naxçıvan MR-i təmin etmək üçün mübadilə şərtləri ilə qaz ixrac edir.

Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr olan, 296,5 kilometri Azərbaycan ərazisində yerləşən "Qazı Məhəmməd-Bind-Biand" qaz kəməri əlaqələndirir. Bu boru kəmərinin layihə üzrə ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir. Bu marşrut 1971-ci ildə istismara verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur. Onun istiqamətində üç kompressor stansiyası - Qazı Məhəmməd, Ağdaş və Qazax stansiyaları tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqi gücündə nəzərdə tutulub. Boru kəmərinin diametri 1200 millimetridir.

Xəbər lenti

Xəbər lenti