...

Yanvarın 8-də Azərbaycanın bəzi rayonlarında qaz verilişində fasilələr müşahidə ediləcək

Energetika Materials 7 Yanvar 2010 18:32 (UTC +04:00)
"Yanvarın 8-də Azərbaycanın bəzi rayonlarında təmir işlərinin aparılması ilə əlaqədar olaraq qaz verilişində fasilələr müşahidə ediləcək", - bu barədə ARDNŞ-dan cümə axşamı yayılan məlumatda deyilir.
Yanvarın 8-də Azərbaycanın bəzi rayonlarında qaz verilişində fasilələr müşahidə ediləcək

Azərbaycan, Bakı, 7 yanvar / Trend /

"Yanvarın 8-də Azərbaycanın bəzi rayonlarında təmir işlərinin aparılması ilə əlaqədar olaraq qaz verilişində fasilələr müşahidə ediləcək", - bu barədə ARDNŞ-dan cümə axşamı yayılan məlumatda deyilir.

Məlumatda bildirilir ki, Təmir işlərinin aparılması ilə əlaqədar yanvarın 8-də saat 10:00-dan 18:00-dək Alabaşlı Qazpaylayıcı Stansiyasından gələn və Göygöl rayonunu təbii qazla təmin edən Nadel xəttində qaz təchizatı dayandırılacaq.

Həmçinin baş vermiş sızmaların ləğv olunması ilə bağlı olaraq, yanvarın 8-də saat 10:00-dan 18:00-dək Yuxarı Salahlı, Şıxlı-1 və Əksipara-2 Qazpaylayıcı Stansiyalarından Qazax rayonuna gedən boru xətlərində qazın nəqli müvəqqəti dayandırılacaq.

Təmir işlərinin görülməsi ilə əlaqədar Şəmkir rayonunda yanvarın 8-də saat 10:00-dan 17:00-dək təbii qazın saatlıq sərfinin miqdarı azaldılacaq.

Xəbər lenti

Xəbər lenti