...

ARDNŞ yanvarda Gürcüstanda daha bir neçə YDS açacaq

Energetika Materials 9 Yanvar 2010 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir E.İsmayılov/

Yanvarda ARDNŞ Gürcüstanda şəxsi brendi altında daha 3 yanacaqdoldurma stansiyası (YDS) istismara verməyi planlaşdırır. Bu barədə ARDNŞ-nin Gürcüstanda törəmə şirkəti olan SOCAR Energy Georgia şirkətindəki mənbə bildirib.

"Yanvarda Tbilisi, Borjomi və Dapnaridə 3 yanacaqdoldurma stansiyasının açılması planlaşdırılır", - mənbə deyib.

"Hazırda ARDNŞ-nin Gürcüstandakı YDS-lərinin ümumi sayı 23-ə bərabərdir, lakin bu ilin sonuna kimi bu rəqəm 30-u ötəcək. Bizim planlarımız çoxdur, istəyirik ki, şirkətimiz pərakəndə satış sahəsində birinci yer tutsun və bir neçə il ərzində biz bu məqsədə nail olacağıq. Əgər Gürcüstandakı YDS-lərin sayı 60-70-ə çatarsa, biz bu nəticəyə yaxın olacağıq", - bir müddət əvvəl SOCAR Energy Georgia-nın rəhbəri Mahir Məmmədov demişdi.

SOCAR Energy Georgia Gürcüstanın neft və neft məhsulları bazarında distribusiya və marketinqlə məşğuldur. Şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satışını həyata keçirir.

SOCAR Georgia-nın həmtəsiçiləri ARDNŞ (51%), Petro-Trans FZCO (32,7%) və İvan Çxartişvilidir (16,3%).

Xəbər lenti

Xəbər lenti