...

Azərbaycan və İran qaz müqaviləsi imzalayıb

Energetika Materials 13 Yanvar 2010 15:28 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İran Milli Qaz İxracı Şirkəti (NIGEC) Bakıda Azərbaycan qazının İrana tədarükü üzrə qısamüddətli müqavilə imzalayıb.
Azərbaycan və İran qaz müqaviləsi imzalayıb

Azərbaycan, Bakı, 13 yanvar / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İran Milli Qaz İxracı Şirkəti (NIGEC) Bakıda Azərbaycan qazının İrana tədarükü üzrə qısamüddətli müqavilə imzalayıb.

Müqavilə bu ilin mart-aprel aylarınadək 100 milyon kubmetr (sutkada 1,2 milyon kubmetr qaz) Azərbaycan qazının İrana tədarükünü nəzərdə tutur. Azərbaycan qazı İranın əsas yataqlarından uzaqda yerləşən şimal rayonlarına tədarük ediləcək.

Müqaviləni Bakıda aparılan danışıqların yekunu olaraq ARDNŞ prezidenti Rövnəq Abdullayev və İran Milli Qaz İxracı Şirkətinin icraçı direktoru Seyid Rza Kəsaizadə imzalayıb.

Azərbaycan və İranı uzunluğu 1474,5 km. olan "Qazıməhəmməd-Astara-Bind-Biand" qaz kəməri birləşdirir. Qaz kəmərinin Azərbaycan ərazisindəki hissəsinin uzunluğu 296,5 kilometrdir. Onun buraxılış gücü ildə 10 mlrd. kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Onun üzərində Qazıməmhəməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 mm-dir.

İnfrastrukturların müasirləşdirilməsi İrana sutkada təxminən beş milyon kubmetr Azərbaycan qazı (ildə 1,8 milyard kubmetr) tədarük etməyə imkan verəcək. Hazırda infrastrukturlar ildə 500 milyon kubmetr qaz tədarük etməyə imkan verir.

bp-nin məlumatına görə, 2009-ci ildə İranda qaz hasilatı 117 milyard kubmetr istehlak sayəsində 116,3 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti