...

Azərbaycan və Böyük Britaniya Londonda energetika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

Energetika Materials 29 Yanvar 2010 12:05 (UTC +04:00)
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Böyük Britaniyanın Energetika və İqlim Dəyişikliyi Nazirliyinin Baş direktoru Vill Kavendiş Londonda energetika sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri və hazırkı vəziyyətini müzakirə ediblər. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin cümə günü yayılan məlumatında deyilir.
Azərbaycan və Böyük Britaniya Londonda energetika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan, Bakı, 29 yanvar / Trend /

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Böyük Britaniyanın Energetika və İqlim Dəyişikliyi Nazirliyinin Baş direktoru Vill Kavendiş Londonda energetika sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri və hazırkı vəziyyətini müzakirə ediblər. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin cümə günü yayılan məlumatında deyilir.

Görüş zamanı tərəflər Xəzər regionunun enerji resurslarının dünya bazarına çıxarılması imkanlarına dair fikir mübadiləsi aparıblar.

Əliyev yanvarın 27-28-də Londona olan səfəri çərçivəsində Azərbaycan və Türkiyənin energetika təhlükəsizliyindəki roluna həsr olunmuş tədbirdə iştirak edib.

Əliyev öz çıxışında Azərbaycanın iştirakı ilə həyata keçirilən energetika layihələrinin Avropanın enerji təminatındakı xüsusi rolunu qeyd edib. Həmçinin nazir energetika marşrutlarının diversifikasiyası istiqamətində işlərin aparılmasını qeyd edib.

Xəbər lenti

Xəbər lenti