...

Azərbaycan və Türkiyə "Şahdəniz" yatağından əldə edilən Azərbaycan qazının dəyəri barədə razılığa gəliblər

Energetika Materials 2 Fevral 2010 14:37 (UTC +04:00)
Azərbaycan və Türkiyə "Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində əldə edilən Azərbaycan qazının qiyməti məsələsi barədə razılığa gəliblər. ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev çərşənbə axşamı deyib.
Azərbaycan və Türkiyə "Şahdəniz" yatağından əldə edilən Azərbaycan qazının dəyəri barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir E.İsmayılov/

Azərbaycan və Türkiyə "Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində əldə edilən Azərbaycan qazının qiyməti məsələsi barədə razılığa gəliblər. ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev çərşənbə axşamı deyib.

"Birinci mərhələ çərçivəsində qiymət məsələsi razılaşdırılıb. İkinci mərhələ çərçivəsində bu məsələ hələlik razılaşdırılmayıb. Nəticə etibarilə də bütün paket üzrə (məsələlər) qəti qərar qəbul edilməyib", - Abdullayev deyib.

Onun sözlərinə görə, hal hazırda Azərbaycan və Türkiyə arasında qaz sahəsindəki qarşılıqlı əlaqələr məsələlər paketi çərçivəsində müzakirə edildiyi üçün bir məsələnin digəri olmadan razılaşdırılması qəti razılığın olmamasından xəbər verir.

Tərəflər arasında müzakirə edilən paketə "Şahdəniz" yatağının işlənməsinin birinci və ikinci mərhələsindən əldə edilən qazın qiyməti məsələləri, tranzit şərtləri və tranzitin dəyəri məsələləri daxildir.

Hazırda Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollar dəyərində tədarük edilir.

Türkiyə ilə bağlanmış müqavilədə göstərildiyi kimi, "Şahdəniz" qazının dəyərinə tədarükün başlanmasından 1 il sonra baxıla bilər, yəni yeni qiymət 2008-ci il aprelin 5-dən tətbiq olunmalıdır.

Müqaviləyə əsasən, layihənin ilkin işlənmə mərhələsi çərçivəsində Türkiyə "Şahdəniz" yatağından 6,6 milyard kubmetr qaz almalıdır. Bu yatağın işlənməsinin ikinci mərhələsində hər il 20 milyard kubmetr qazın əlavə olunması planlaşdırılır.

"Şahdəniz"də ehtiyatlar 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5 %, Statoil - 25,5 %, NICO - 10%, Total- 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti