...

İran Xəzərdə ilk kəşfiyyat quyusunun qazılma tarixini müəyyən edib

Energetika Materials 3 Fevral 2010 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral / Trend /

İran Xəzərdə özünün ilk kəşfiyyat quyusunun qazılmasına fevralın 11-də başlayacaq. İranın neft nazirinin müavini Seyfullah Caşnsaz bildirib.

Bu quyu Əmir Kəbir platforması (keçmiş İran-Alborz) vasitəsi ilə qazılacaq. İlk kəşfiyyat quyusunun qazılması üzrə hazırlıqlar artıq başa çatıb. Bu barədə MEHR agentliyi məlumat verib.

Caşnsazın sözlərinə əsasən, Xəzərdə iki kəşfiyyat quyusunun qazılması üçün lazımi avadanlıq hazırdır. "Əmir Kəbir platforması öz yerində quraşdırılacaq və ümid edirəm ki, İran İslam İnqilabının 31-ci ildönümündə fevralın 11-də ilk quyu qazılmağa başlayacaq.

Həmçinin nazir müavini bildirib ki, Asiya şirkətlərinin biri ilə Xəzərdə kəşfiyyat quyusunun qazılması üzrə razılaşma əldə olunub.

Xəbər lenti

Xəbər lenti