...

Mingəçevir DRES-dən elektrik enerjisi verilişi tamamilə bərpa edilib

Energetika Materials 6 Fevral 2010 16:26 (UTC +04:00)
Mingəçevir Dövlət Rayon Elektrik Stansiyasından (DRES) yüksəkvoltlu elektrik ötürücü xətlər vasitəsilə elektrik verilişi tamamilə bərpa edilib. Bu barədə şənbə günü "Azərenerji" SC-nin (Azərbaycanda elektrik nerjisi istehsalı və paylanılması) mətbuat xidmətindən deyilib.
Mingəçevir DRES-dən elektrik enerjisi verilişi tamamilə bərpa edilib

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir E.İsmayılov/

Mingəçevir Dövlət Rayon Elektrik Stansiyasından (DRES) yüksəkvoltlu elektrik ötürücü xətlər vasitəsilə elektrik verilişi tamamilə bərpa edilib. Bu barədə şənbə günü "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisi istehsalı və paylanılması) mətbuat xidmətindən deyilib.

"Yüksəkvoltlu xətlərdə müşahidə olunan bütün problemlər aradan qaldırılıb və hazırda xətlər vasitəsilə enerji verilişi tamamilə bərpa olunub", - SC-dən deyilib.

"Bakıelektrikşəbəkə" ASC-dən (Bakı rayonlarında elektrik satışı və paylanması) əvvəl bildirildiyi kimi, SC bu günün sonuna kimi paytaxt əhalisinin 95 faizini elektrik enerjisi ilə təmin edəcək.

Hazırda "Bakıelektrikşəbəkə" Sabunçu və Əhmədli, o cümlədən şəhərin Binəqədi rayonundakı hava xətlərində mövcud olan problemi aradan qaldırır.

Xəbər lenti

Xəbər lenti