...

ARDNŞ yanvarda Bakı-Supsa neft kəməri ilə ixracını artırıb

Energetika Materials 9 Fevral 2010 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend /

ARDNŞ yanvar ayında Bakı-Supsa qərb boru kəməri marşrutu ilə Azəri-Çıraq-Günəşli yataqlarından çıxarılan 326,2 min tona yaxın yüngül Azərbaycan nefti ixrac edib. Keçən ilin yanvar ayında bu göstərici 287,1 min tona yaxın olub. Bu barədə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar idarəsinin məlumatında deyilir.

ARDNŞ keçən il ümumilikdə Bakı-Supsa neft kəməri ilə 2,8 milyon tona yaxın neft ixrac edib. 2008-ci ildə bu göstərici 407,1 min ton olub.

Boru kəməri 2006-cı ilin sonunda təmirə dayandırılıb. 2008-ci ilin ortalarında bu boru kəmərinə neft doldurulsa da gürcü-osetin münaqişəsi səbəbindən bu proses dayandırılıb. 2008-ci ilin noyabr ayının əvvəlində bu boru kəməri ilə neft nəqli bərpa edilib.

Bakı-Supsa boru kəmərinin operatoru BP şirkətidir.

Xəbər lenti

Xəbər lenti