...

Shall şirkəti Azərbaycanda investisiyanın həcmini artıra bilər

Energetika Materials 3 Mart 2010 20:13 (UTC +04:00)
Shall şirkəti Azərbaycan iqtisadiyyatına investisiya yatırılmasının həcmini artıra bilər. Bunu Niderland Krallığı Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburq deyib.
Shall şirkəti Azərbaycanda investisiyanın həcmini artıra bilər

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir Y.Ostapenko/

Shall şirkəti Azərbaycan iqtisadiyyatına investisiya yatırılmasının həcmini artıra bilər. Bunu Niderland Krallığı Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburq deyib.

"Bu gün Azərbaycan Prezidenti ilə müzakirə etdiyimiz məsələlərdən biri də Shall şirkətinin ölkəyə böyük kapitalqoyma imkanları məsələsi olub", - Kronenburq deyib.

Onun sözlərinə görə, Shall şirkəti Azərbaycanda artıq uzun illərdir işləyir və hazırda şirkət ölkə iqtisadiyyatına olan marağını saxlamaqda davam edir.

Niderland üçün energetika sektoru ilə yanaşı, gəmiqayırma, nəqliyyat sektoru, ekologiya və kənd təsərrüfatı sahələri də maraq doğurur. Niderlandın ekologiya və kənd təsərrüfatı sahələrində böyük təcrübəsi var və bu Azərbaycan üçün faydalı ola bilər.

Xəbər lenti

Xəbər lenti