Azərbaycan, Bakı, 3 aprel /Trend/
Energetika üzrə Avropa Komissarı Günter Ottinger aprelin 15-də Azərbaycana səfər edəcək. Bu barədə məlumatlı mənbə Trend-ə bildirib.
Daha əvvəl Ottinger Reuters-ə müsahibəsində bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi "Cənub dəhlizi" layihəsinin həyata keçirilməsinin müzakirə edilməsidir.
"Cənub dəhlizi" Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Bu layihə enerji tədarüklərinin mənbələrini və marşrutlarını diversifikasiyalaşdırmağı və Avropa ölkələrinin enerji təhlükəsizliyini artırmağı nəzərdə tutur.