...

BEA OPEK-ə daxil olmayan ölkələr tərəfindən neft nəqli üzrə proqnozları artırıb

Energetika Materials 14 Aprel 2010 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir A.Bədəlova/

Beynəlxalq Enerji Agentliyi (BEA) OPEK-ə daxil olmayan ölkələr tərəfindən neft nəqli üzrə proqnozları artırıb. Bu, 2010-cu ildə sutkada BEA-nın martda proqnozlaşdırdığı 51,8 milyon barelə qarşı 52 milyon barelə yaxın olacaq.

BEA-nın agentliyin rəsmi saytında dərc olunmuş aylıq məruzəsində deyilir ki, OPEK-ə daxil olmayan ölkələr tərəfindən neft nəqli martda dəyişməz qalaraq, sutkada 52,5 milyon barel təşkil edib ki, bu da ötən ilin həmin ayı üzrə həcmdən 900 min barel çoxdur.

BEA-nın qiymətləndirmələrinə görə, neft nəqli martda sutkada 220 min barel azalaraq, 86, 6 milyona enib ki, bu da OPEK-in hasilat həcminin aşağı olması ilə bağlıdır. OPEK ölkələri tərəfindən neft hasilatı martda il ərzində ilk dəfə olaraq əhəmiyyətli şəkildə - sutkada 190 min barel azalaraq 29 milyona enib. Bununla belə, kartelin aşağı hasilatı İraqda neft hasilatının, təxminən, 10 faiz azalmasını əks etdirib. İraq istisna olmaqla, OPEK-in 11 ölkəsi tərəfindən neft hasilatı ötən ay sutkada 30 min barel artaraq 26,7 milyona çatıb.

BEA 2010-cu ildə neftə olan dünya tələbatını sutkada 86,6 milyon barel səviyyəsində proqnozlaşdırır ki, bu da 2009-cu ildə olan tələbatdan 1,7 milyon çoxdur.

Xəbər lenti

Xəbər lenti