...

Türkmənistanın enerji layihələri böyük əhəmiyyət daşıyır - Aİ komissarı Günter Ottinger

Energetika Materials 15 Aprel 2010 10:45 (UTC +04:00)
Türkmənistanın irəli sürdüyü enerji layihələri böyük əhəmiyyət daşıyır. Bunu Aİ-nin energetika məsələləri üzrə komissarı Günter Ottinger ölkə Prezidenti Qurbanqulu Berdıməhəmmədov ilə görüşündə deyib.
Türkmənistanın enerji layihələri böyük əhəmiyyət daşıyır - Aİ komissarı Günter Ottinger

Türkmənistan, Aşqabad, 15 aprel /Trend, müxbir H.Həsənov/

Türkmənistanın irəli sürdüyü enerji layihələri böyük əhəmiyyət daşıyır. Bunu Aİ-nin energetika məsələləri üzrə komissarı Günter Ottinger ölkə Prezidenti Qurbanqulu Berdıməhəmmədov ilə görüşündə deyib.

Türkmənistan hökumətinin mətbuat xidmətinin bu gün verdiyi məlumata görə, o, həmçinin, yeni birgə layihələrin reallaşmasında maraqlı olduğunu bildirib. Ottinger Aşqabadda keçirilən beynəlxalq qaz konqresində iştirak edib.

"Müstəqil ekspertlər tərəfindən təsdiqlənmiş çox böyük karbohidrogen xammalına sahib olan Türkmənistan ölkənin enerjidaşıyıcılarının dünya bazarına çıxarılması üçün ixrac istiqamətlərinin genişləndirilməsi üzrə istənilən təklifə baxmağa hazırdır", -Türkmənistan başçısı bildirib.

Türkmənistan və Avropa İttifaqı arasında ümumi məqsədlər çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu məqsədlər sülhün və qlobal təhlükəsizliyin, o cümlədən, enerji təhlükəsizliyinin təminatına yönəlib.

Tərəflər 2008-ci ilin mayında imzalanmış Türkmənistan və Aİ arasında energetika sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandumun əhəmiyyətini qeyd ediblər.

Ottinger deyib ki, böyük maraq bəzi faktlarla, ilk növbədə, ölkədəki siyasi sabitlik, böyük resurs və iqtisadi potensial və Türkmənistanın etibarlı və mühüm tərəfdaş kimi reputasiyası ilə əlaqədardır.

"Bütün dünyada məşhur olan iri Avropa şirkətləri Türkmənistanla tammiqyaslı, qarşılıqlı faydalı tərəfdaşlığın qurulmasına hazır olduqlarını bildirirlər", - Avropa komissarı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti