...

Türkiyə ilə Azərbaycan arasında qaz danışıqları başa çatıb - sənaye və energetika naziri Natiq Əliyev

Energetika Materials 6 May 2010 09:44 (UTC +04:00)
Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Bu fikri Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısındakı çıxışında bildirib.
Türkiyə ilə Azərbaycan arasında qaz danışıqları başa çatıb - sənaye və energetika naziri Natiq Əliyev

Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Bu fikri Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısındakı çıxışında bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazir demişdir ki, Türkiyə ilə Azərbaycan arasında qaz danışıqları başa çatmışdır. Bu yaxınlarda müvafiq saziş imzalanacaqdır. Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunu da artırmışdır.

"Bizim 500-ə yaxın şirkətimiz qardaş ölkənin iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymuşdur. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin neft-kimya nəhəngi olan Pektim şirkətinin paylarının 51 faizini aldıqdan sonra bu şirkətə sərmayələrini davam etdirir. İndi, ARDNŞ bu sahəyə 3-5 milyard dolar əlavə sərmayə qoymağı planlaşdırır", nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti