...

Azərbaycan və Türkiyə qaz müqavilələrinin imzalanmasına hazırlaşır

Energetika Materials 7 May 2010 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan və Türkiyə arasında qaz məsələlərinə dair sənədlərin imzalanmasına hazırlıq çərçivəsində Bakıya mayın 9-da türk mütəxəssisləri gələcək. Bu barədə çərşənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yüksəkvəzifəli nümayəndəsi deyib.

"Qaz danışıqları çərçivəsində bütün prinsipial məsələlər tərəflər arasında razılaşdırılıb. Protokol imzalanıb və bazar günü (9 may) yekun sənədlərin hazırlanması üçün türk ekspert qrupu gələcək. Bir neçə gün ərzində biz müvafiq sənədləri hazırlayacağıq", - ARDNŞ nümayəndəsi deyib.

Tərəflər Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin həm birinci, həm də ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının Türkiyə üçün qiyməti məsələlərini razılaşdırıb. Həmçinin tərəflər Azərbaycan qazının Türkiyə ərazisindən tranzitinin qiymətində də razılığa gəliblər.

Azərbaycan qazı Türkiyəyə hər 1000 kub metrə 120 dollar qiyməti ilə ixrac olunur. Bununla belə, Türkiyənin daxili bazarında istehlakçılar üçün qazın qiyməti hər 1000 kub metr üçün 300 dollardır (Türkiyənin "Botaş" şırkətinin rəsmi saytından məlumat).

Türkiyə ilə bağlanmış müqavilədə göstərildiyi kimi, "Şahdəniz" yatağından çıxarılan qazın qiymətinə ixracat başlayandan bir il sonra baxıla bilər. Bu o deməkdir ki, yeni qiymət 2008-ci il aprelin 15-dən tətbiq ediləcək.

Türkiyə tərəfi dəfələrlə bəyanat verib ki, birinci mərhələ çərçivəsində tərəflər arasında qazın yeni qiymətinin razılaşdırılması baş tutarsa, yaranan bütün fərqi ödəməyə hazırdır. "Şahdəniz"in ikinci mərhələsi çərçivəsində Türkiyəyə qazın satılması artıq yeni qiymətlə həyata keçiriləcək.

Müqaviləyə əsasən, Türkiyə hər il "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsindən 6,6 milyard kubmetr qaz almalıdır (ehtiyatların ümumi həcmi 1,2 trilyon kubmetr miqdarında qıymətləndirilir).

"Şahdəniz" dəniz yatağının işlənməsi ilə bağlı müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, Lukoyl - 10% , TRAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti