...

SOCAR Georgia Gas Acarıstanda qazın paylanmasına lisenziya alıb

Energetika Materials 14 May 2010 15:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Milli enerji nizamlanması Komissiyası SOCAR Georgia Gas şirkətinin Acarıstanda qazın paylanmasına lisenziya verib.

Şirkət Batuminin müxtəlif rayonlarına təbii qaz paylayacaq.

2008-ci ilin noyabr ayında Azərbaycan və Gürcüstan arasında ARDNŞ-nin 2009-cu ildən başlayaraq son 5 il müddətində gürcü qaz bazarında fəaliyyətini aktivləşdirmək imkanı yaradan razılıq imzalanıb. Memoranduma əsasən, ARDNŞ layihənin həyata keçirilməsi üçün Gürcüstan hakimiyyəti tərəfindən müəyyən edilmiş qaz istehlakçıları qruplarını (sosial qrupları) təmin edən SOCAR Georgia Gas törəmə şirkətini yaradıb.

SOCAR Energi Georgia ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) törəmə şirkətlərindən biridir və Gürcüstanın neft və neft məhsulları bazarında paylama və marketinq ilə məşğul olur. Şirkət, o cümlədən gürcü bazarında neft məhsulları və qaz satır. SOCAR Georgianın həmtəsisçiləri bunlardır: ARDNŞ - 51 faiz, Petro-TransFZCO - 24,5 faiz və Vano Çxartişvili - 24,5 faiz.

Xəbər lenti

Xəbər lenti