Türkmənistan, Aşqabad, 20 may /Trend, müxbir Q.Həsənov/
Aşqabad və Moskva YEK-də qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə razılığa gəliblər.
"Səylərin gücləndirilməsinin daha effektiv göründüyü yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyət xüsusi vurğulanıb", - türkmən hökumətinin mətbuat xidmətindən bildirilib.
Söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Rusiya türkmən qazının ənənəvi alıcısıdır.
Son vaxtlar dünya maliyyə böhranı səbəbindən yanacağa tələbatın azalması alışı əhəmiyyətli dərəcədə azaldıb. Qazın nəqli Orta Asiya - Mərkəz (OAM) qaz kəməri ilə həyata keçirilir. Planlarda Xəzər dənizinin sahilləri ilə Qazaxıstan ərazisindən keçməklə, Xəzəryanı qaz kəmərinin tikintisi nəzərdə tutulub.
Bu gün türkmən hökumətinin mətbuat xidmətindən bildirildiyi kimi, Berdıməhəmmədov və Putin "bərabərlik və qarşılıqlı fayda prinsipi əsasında qurulmuş dövlətlərarası əməkdaşlığın inkişafının yüksək dinamikasından, eləcə də Türkmənistan və Rusiya xalqları arasında tarixi ənənəvi dostluq və etimadın səviyyəsindən razı qaldıqlarını bildiriblər.
Söhbət zamanı dövlətlərarası münasibətlərin qarşılıqlı maraq doğuran mühüm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Həmsöhbətlər tərəfindən Türkmənistan və Rusiya arasında konstruktiv dialoqa etimad, şəffaflıq və qarşılıqlı anlaşma ruhunun xas olacağına ümid ifadə edilib.