...

ARDNŞ Xəzərdə yeni neft-qaz quyusunu istismara verib

Energetika Materials 25 May 2010 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend/

ARDNŞ Xəzərin Azərbaycan sektorunda "Ələt Dəniz" dəniz yatağında yeni neft-qaz quyusunu istismara verib. Bu barədə ARDNŞ-nin çərşənbə axşamı yayılan məlumatda deyilir.

Quyu "Ələt-Dəniz-63" platformasında istismara verilib. Hər gün quyudan 3441-3431 metr dərinlikdən 30 ton neft və 12 min kubmetr qaz çıxarılır.

Quyunun qazılması "Kompleks Qazma İşləri" Trestinin "Bayıl limanı" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən aparılıb.

Hazırda Azərbaycanda 59 neft-qaz yatağı var, onlardan 18-i dənizdə yerləşir.

Xəbər lenti

Xəbər lenti