...

Yunanıstan Azərbaycan qazını qəbul etməyə hazırdır - DEPA-nın sədri və icraçı-direktoru

Energetika Materials 3 İyun 2010 14:53 (UTC +04:00)
Yunanıstan Azərbaycanla Türkiyə arasında tranzit sazişinin imzalanmasından sonra, onun ölkəsinə Azərbaycan qazının idxalını qəbul etməyə hazırdır, - bu barədə DEPA Yunanıstan qaz korporasiyasının sədri və icraçı-direktoru Hari Saçinis cümə axşamı Bakıda keçirilən XVII beynəlxalq "Xəzər neft və qaz" konfransında deyib.

Аzərbaycan, Bakı, 3 iyun /Trend, müxbir А.Bədəlova/

Yunanıstan Azərbaycanla Türkiyə arasında tranzit sazişinin imzalanmasından sonra, onun ölkəsinə Azərbaycan qazının idxalını qəbul etməyə hazırdır, - bu barədə DEPA Yunanıstan qaz korporasiyasının sədri və icraçı-direktoru Hari Saçinis cümə axşamı Bakıda keçirilən XVII beynəlxalq "Xəzər neft və qaz" konfransında deyib.

"Azərbaycan Türkiyə ilə tranzit haqqında razılaşma imzalayandan sonra, Avropaya qaz nəql etməyə hazır olacaq. Biz Azərbaycan qazını qəbul etməyə hazırıq, lakin məsələ onun həcmindədir", - Saçinis bildirib.

Bu gün Yunanıstanda Türkiyə - Azərbaycan qazının nəqlinin gerçəkləşdirildiyi birləşmiş qaz kəməri mövcuddur.

"Biz hal-hazırda Yunanıstan və Bolqarıstanın qaz kəmərlərinin birləşdirilməsinə səy göstəririk", - Saçinis deyib.

Onun sözlərinə görə, Yunanıstan enerji qovşağına çevrilə bilər və Azərbaycanla daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətindədir.

"Biz Azərbaycan qazının Avropaya nəql edilməsində əhəmiyyət kəsb edən mühüm ölkəyik", - Saçinis deyib.

Xəbər lenti

Xəbər lenti