...

"Azərkimya" İstehsalat Birliyi köhnəlmiş avadanlıqların sökülməsinə başlayıb

Energetika Materials 4 İyun 2010 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərkimya" İstehsalat Birliyinin sexlərində fiziki cəhətdən köhnəlmiş qurğu və avadanlıqların sökülməsinə başlanılıb. Bu qurğu və avadanlıqların işi son vaxtlarda dayandırılıb. Bu barədə ARDNŞ tərəfindən cümə günü yayılan məlumatda deyilir.

Məlumatda deyilir ki, işlər qabaqcıl müasir texnologiyalar əsasında bu sexlərin bərpa olunması məqsədilə aparılır. İşlər daha geniş şəkildə İB-nin ən köhnə zavodunda - "Səthi aktiv maddələr" zavodunda aparılır. Son günlərdə "Superfosfat" zavodu yaxınlığında yerləşən 110 kilovoltluq köməkçi stansiyaya məxsus kabel estakadasında demontaj işləri yekunlaşdırılıb. Həmçinin uzunluğu 2 km olan boruların sökülməsinə başlamaq üçün hazırlılq işlərinin aparılması davam etdirilir. Bu borular zavodun 2-ci və 10-cu sexlərində parafin, toluol və benzinin daşınması üçün istifadə olunub.

Analoji işlər "Orqanik sintez" zavodunda da aparılır. Burada da müxtəlif boru və kommunikasiyaların sökülməsi üzrə işlər aparılır. Sökülən avadanlıq, borular və kommunikasiya xətləri yerbəyer edilir və istifadəyə yararlılar xüsusi anbarlarda yerləşdirilir. Yaxın gələcəkdə bərpası mümkün olmayan və günün tələblərinə cavab verməyən istehsalat vasitələrinin sökülməsi planlaşdırılır. Burada söhbət benzol, etilen, epixlorid, qliserin və xlor sexlərindən gedir.

Xəbər lenti

Xəbər lenti