...

"Azərikimya" İstehsalat Birliyi iməcilik keçirib

Energetika Materials 7 İyun 2010 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Ümumdünya Ətraf Mühit Günü münasibətilə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi iməcilik keçirib. Bu barədə ARDNŞ-nin bazar ertəsi yayılan məlumatda deyilir.

Məlumata əsasən, iməcilikdə "Etilen-Polietilen", Səthi Aktiv Maddələr, "Üzvi sintez" və Mexaniki-Təmir zavodlarından mindən çox kimyaçı iştirak edib. İməcilikdə kimya sənayesi işçiləri Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətində "Azərikimya" İstehsalat Birliyinə aid yaşıllıq zolağı boyu əkilmiş beş min ağaca qulluq ediblər.

İməcilik iştirakçıları eyni zamanda İB müəssisələrinin daxili ərazilərində və Birlik ətrafında da bir sıra abadlıq və təmizlik işləri aparıb, əraziləri istehsalat-məişət tullantılarından təmizləyiblər.

Xəbər lenti

Xəbər lenti