...

"Nabukko" beynəlxalq media strategiyasının işlənib hazırlanması üçün "Grayling" şirkətini təyin edir

Energetika Materials 18 İyun 2010 18:56 (UTC +04:00)
"Nabucco Gas Pipeline International GmbH" şirkəti Avropada ictimaiyyətlə əlaqələr və ictimai işlərlə bağlı xidmətlər göstərilməsini təmin etmək üçün dünya ictimaiyyəti ilə əlaqələr, ictimai işlər, sərmayədarlarla əlaqələr və tədbirlər üzrə konsultant "Grayling" şirkətini təyin edib.
"Nabukko" beynəlxalq media strategiyasının işlənib hazırlanması üçün "Grayling" şirkətini təyin edir

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Nabucco Gas Pipeline International GmbH" şirkəti Avropada ictimaiyyətlə əlaqələr və ictimai işlərlə bağlı xidmətlər göstərilməsini təmin etmək üçün dünya ictimaiyyəti ilə əlaqələr, ictimai işlər, sərmayədarlarla əlaqələr və tədbirlər üzrə konsultant "Grayling" şirkətini təyin edib. Bu barədə "Grayling" şirkətinin cümə günü yayılan məlumatında deyilir.  

"Grayling" şirkəti boru kəməri layihəsinin işlənib hazırlanması mərhələsində "Nabukko" şirkətinə kömək edəcək və beynəlxalq media ilə əlaqələrə, ictimai işlərə, yerli mətbuat və ictimaiyyətlə əlaqələrə görə məsuliyyət daşıyacaq. Altırəqəmli sifariş üç şirkətin iştirak etdiyi tender nəticəsində "Grayling" şirkətinə verilib və bu sifariş Londonda, Brüsseldə və "Nabukko" boru kəmərinin keçdiyi ölkələrdə (Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə) və Azərbaycanda fəaliyyəti əhatə edir. 

"Nabukko" boru kəməri cənub dəhlizində Avropanın ən yaxşı boru kəməri layihəsidir. 3,300 km uzunluqda olan boru kəməri dünyanın ən zəngin qaz regionlarını - Xəzər bölgəsini, Yaxın Şərqi və Misiri Türkiyənin və Avropanın istehlak bazarlarına birləşdirəcək. Bu boru kəməri təbii qazın Türkiyə, Cənub-Şərqi, Mərkəzi və Qərbi Avropa üçün təhlükəsiz təchizatına əhəmiyyətli kömək göstərəcək, Türkiyədən başlayaraq Bolqarıstan, Rumıniya və Macarıstan ərazilərindən keçib Avstriyanın paytaxtı Vyana şəhərindəki Baumqarten qaz stansiyasına qədər uzanacaq. Tikinti işləri 2011-ci ildə başlamalı və birinci qaz boru kəməri ilə 2014-cü ildə axmalıdır.

"Biz altı ay davam edən tender prosesindən sonra "Grayling" şirkətini təyin etmişik və bu müddət ərzində yüksək nüfuzlu beynəlxalq təşkilatlarla danışmışıq. Bizim fikrimizə görə, "Grayling" şirkətinin təklifi o baxımdan əla təklifdir ki, o, əlaqələrlə bağlı bütün ehtiyaclarımız üçün bizi mərkəzləşdirilmiş qaydada koordinasiya olunan və yüksək dərəcədə səmərəli vahid xidmət sistemi ilə təmin edəcək. "Grayling" şirkətinin kollektivi bizi sənaye və regionla bağlı güclü təcrübəyə malik olduğuna inandırıb və biz onlarla birlikdə işləyəcəyimizə ümid bəsləyirik", - "Nabucco Gas Pipeline International GmbH" şirkətinin Əlaqələr və İctimai İşlər şöbəsinin rəhbəri Kristian Dolezal deyib.

"Biz sənaye liderlərinin iştirak etdiyi tenderdə "Nabukko" şirkətinin layihəsini qazanmaqdan məmnunuq. Çünki bu bizim daha genişmiqyaslı təklifimizin daha çox bəyənildiyini göstərir, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində təcrübəmizin Brüssel və London şəhərlərindəki gücümüzlə kombinasiyasını ön plana çəkir. Kampaniya "Grayling" şirkətinin yenicə təyin olunmuş Enerji, Ətraf Mühit və Sənaye şöbəsinin rəhbəri Rassel Petn və onun Brüsseldə Aİ-də ictimai işlər üzrə qrupunun güclü dəstəyi ilə bizim Mərkəzi və Şərqi Avropa ofislərimizlə birlikdə Londonun hüdudlarından kənarda həyata keçiriləcək", - "Grayling" şirkətinin baş direktoru Maykl Mörfi deyib.

Sözügedən layihəyə "Grayling" şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə meneceri Kris Dobson və korporativ məsələlər üzrə icraçı direktoru Luis Bollard tərəfindən rəhbərlik olunacaq.

Xəbər lenti

Xəbər lenti