...

Azərbaycan-Almaniya münasibətlərində müsbət dinamika müşahidə olunur - Azərbaycan XİN başçısı (ƏLAVƏ OLUNUB)

Energetika Materials 30 İyun 2010 08:25 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 29-da Bundestaqın xarici siyasət üzrə işçi qrupu ilə görüş keçirib. Görüş vaxtı nazir iştirakçıları Azərbaycanın iqtisadi-siyasi reallıqları ilə tanış edib.
Azərbaycan-Almaniya münasibətlərində müsbət dinamika müşahidə olunur - Azərbaycan XİN başçısı (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: 6-cı abzasdan sonra yeni təfərrüatlar əlavə olunub

Almaniya, Berlin, 29 iyun /Trend, xüsusi müxbir O.Səttarov/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 29-da Bundestaqın xarici siyasət üzrə işçi qrupu ilə görüş keçirib. Görüş vaxtı nazir iştirakçıları Azərbaycanın iqtisadi-siyasi reallıqları ilə tanış edib.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan-Almaniya münasibətlərində müsbət dinamika müşahidə olunur və nəinki iri, həmçinin orta alman şirkətlər üçün Azərbaycanda rahat şərait mövcuddur.

"Azərbaycan öz enerjı daşıyıcıları üçün yeni bazarları axtarır, Avropa isə bu halda imtiyazlı tərəfdaşdır.

Nazirin sözlərinə görə, Nabukko layihəsi şübhəsiz ki, maraqlıdır və nəinki iqtisadi, həm də strateji layihədir, lakin həddindən artıq siyasiləşmiş bir layihə olmamalıdır.

Onun sözlərinə görə, layihəyə dair hələ suallar qalır və dəqiq hesablamalar aparılmalıdır.

"Avropa komissiyası bu layihəyə dair mövqeyini daha aydın bildirməlidir. Hazırda enerjı məsələləri üzrə avrokomissarı olan Günter Ottinger bu ilin sonuna qədər Avropa İtttifaqının Nabukko-yə dair mövqeyi ilə bağlı məsələləri aydinlaşdırmaq vəd edib."

Nazir bu yaxınlarda Türkiyə ilə əldə olunmuş Azərbaycan qazının tranziti və tədarüklərinin həcminin qiymətlərinə dair  razılaşmanı "böyük irəliləyiş" adlandırıb. Onun sözlərinə görə, bu, Azərbaycana Avropa qaz bazarında gələcək irəliləyişə kömək edəcək.

"Azərbaycan öz enerji tədarüklərini mümkün qədər diversifikasiya etmək istəyir", - XİN başçısı deyib.

Deputatlardan birinin Azərbaycan qazının Rusiya tərəfindən alınmasına dair sualına cavab verərək, Məmmədyarov "Qazprom"un Azərbaycan qazı üçün yaxşı qiyməti ödədiyini bildirib.  Hazırda, Azərbaycan Rusiyaya ildə 1 milyarda yaxın kubmetr qaz satır.

"Azərbaycan qaz və neftin satılmasından əldə olunan gəlirləri qeyri-neft sahələrə yatırır. Burada infrastrukturun inkişafı və təhsil prioritet istiqamətləridir", - Məmmədyarov deyib.

Bölgədə infrastrukturun inkişafına toxunan nazir deputatlara Bakı-Tbilisi-Qars dəmir yolun tikintisinin 2012-ci ilə qədər planlaşdırılan başa çatmasından danışıb.

Xəbər lenti

Xəbər lenti