...

ABŞ yanvar-aprel aylarında Azərbaycandan 5,5 milyon bareldən çox neft idxal edib

Energetika Materials 30 İyun 2010 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

ABŞ yanvar-aprel aylarında Azərbaycandan 5,6 milyon barel neft idxal edib. Bu göstərici 2009-cu ilin analoji dövründə 7,7 milyon barel olub. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyası İdarəsinin (EIA) məlumatında deyilir.

Cari ilin yanvarında ABŞ 950 min barel Azərbaycan nefti idxal edib. Fevralda bu göstərici 1,5 milyon barel, martda 499 min barel, apreldə isə 2,667 min barel təşkil edib.

2009-cu ildə ABŞ Azərbaycandan 27,5 milyon barel neft idxal etmişdi. Bu göstərici 2008-ci ildə 26,8 milyon barel olmuşdu. 2007-ci ildə ildə ABŞ Azərbaycandan 20,6 milyon bareldən çox neft idxal edib. 2006-cı ildə isə bu göstərici 9,7 milyon barel təşkil edib.

Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir. Onun vasitəsilə Türkiyənin Ceyhan limanına neft çatdırılır.

Azərbaycanın yüngül nefti Gürcüstanın Supsa limanından da ixrac edilir. Ora neft "Bakı-Supsa" boru kəməri vasitəsilə çatdırılır.

Neft Gürcüstanın Qara dənizdəki Batumi limanından da ixrac edilir. Ora neft Bakıdan dəmiryol vasitəsilə çatdırılır. Neft həmçinin "Bakı-Novorossiysk" boru kəməri vasitəsilə Novorossiysk limanına da çatdırılır.

Xəbər lenti

Xəbər lenti