...

ARDNŞ Gürcüstanda üç yeni yanacaqdoldurma məntəqəsi açıb

Energetika Materials 13 İyul 2010 17:35 (UTC +04:00)
ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisəsi "SOCAR Georgia Petroleum" MMC çərşənbə axşamı "SOCAR" brendi ilə daha üç yanacaqdoldurma məntəqəsi açıb.
ARDNŞ Gürcüstanda üç yeni yanacaqdoldurma məntəqəsi açıb

Azərbaycan, Bakı, 13 iyul /Trend/

ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisəsi "SOCAR Georgia Petroleum" MMC çərşənbə axşamı "SOCAR" brendi ilə daha üç yanacaqdoldurma məntəqəsi açıb. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Yanacaqdoldurma məntəqələri Qori şəhərində, Kutaisi rayonunun Kvitiri qəsəbəsində və Xaşuri rayonunda açılıb.

Üç yeni yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə "SOCAR" brendi ilə fəaliyyət göstərən məntəqələrin sayı 37-yə çatıb.

Yanacaqdoldurma məntəqəsinin açılışında SOCAR Georgia Petrolium-un rəhbərliyi və Gürcüstan hökumətinin nümayəndələri iştiark ediblər.

"SOCAR Georgia"nın həmtəsisçiləri: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 24,5 faiz və Vano Çxartişvili - 24,5 faiz.

Xəbər lenti

Xəbər lenti