...

Etilen-polietilen zavodundakı "Buxar-8" qovşağında aparılan işlər uğurla başa çatdırılıb

Energetika Materials 15 İyul 2010 07:15 (UTC +04:00)
ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda «EP-300» kompleksinin əsas texnoloji sahələrindən olan piroliz sexindəki sobalarda ziqzaqvari boruların təmiri, benzinin, etanın, həmçinin su buxarının nəql olunduğu boru xətlərinin demontaj olunaraq, bütünlüklə dəyişdirilməsi ilə istehsalatın bu sahəsində ilkin əsaslı təmir işləri başa çatdırılmışdır.
Etilen-polietilen zavodundakı "Buxar-8" qovşağında aparılan işlər uğurla başa çatdırılıb

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda "EP-300" kompleksinin əsas texnoloji sahələrindən olan piroliz sexindəki sobalarda ziqzaqvari boruların təmiri, benzinin, etanın, həmçinin su buxarının nəql olunduğu boru xətlərinin demontaj olunaraq, bütünlüklə dəyişdirilməsi ilə istehsalatın bu sahəsində ilkin əsaslı təmir işləri başa çatdırılmışdır. Işlər qısa bir müddətdə - cəmi 7 gün ərzində yüksək keyfiyyətlə görülmüşdür. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Bu işlərin yerinə yetirilməsində sexin kollektivi böyük səy göstərmişdir. Qabaqcıl işçilərdən quraşdırıcılar Həsən Məsimov, Məmməd Məmmədov, qaynaqçı Vəli İsgəndərov və digərlərinin əməyi xüsusi qeyd olunmalıdır. Onlar tapşırılan işə məsuliyyətlə yanaşaraq, böyük bir məsafə boyunca uzanan boru xəttini mövcud standartlara uyğun olaraq etibarlı və uzunmüddətli istismar üçün hazır vəziyyətdə təhvil vermişlər. Hazırda müəssisənin qazayırma sexində də intensiv təmir işləri aparılır. Burada uzun müddət istismara yararsız olan T-66 markalı istidəyişdiricinin və digər aparat­ların təmiri və yenisi ilə əvəz edilməsi üzrə işlər uğurla davam etdirilir. Yüksək təzyiq altında qazla işləyən aparatlarda təmir zamanı hansı­sa bir təhlükənin yaranmaması üçün zavodun Mərkəzi elmi-tədqiqat laborato­riyasının sanitar bölməsinin üzərinə böyük məsuliyyət düşür. Bölmənin laborantları xüsusi cihazlarla təmir olunacaq texnoloji qurğularda vaxtaşırı analiz apararaq, təmirçilərə avadanlığın daxilində təhlükə doğura biləcək hər hansı bir kimyəvi məhsulun olub-olmaması barədə qabaqcadan dəqiq məlumatlar verirlər. "EP-300" istehsalat kompleksinin rəisi Adil Cəfərovun sözlərinə görə, eyni vaxtda 60-a yaxın briqadanın, ümumilikdə isə 400 nəfərə yaxın təmirçi və mütəxəssisin cəlb olunduğu əsaslı təmir işləri qrafik üzrə və keyfiyyətlə, hər bir işçi tərəfindən təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməklə aparılır.

Xəbər lenti

Xəbər lenti