...

Bakı-Tbilisi-Ceyhan ilə neft nəqli artıb

Energetika Materials 17 İyul 2010 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Cari ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 18,2 milyon ton Azərbaycan nefti nəql olunub. Bu göstərici ötən ilin analoji dövründə 17,7 milyon ton olub. Bu barədə ARDNŞ-nin məlumatında qeyd olunur. İyunda boru kəməri vasitəsilə 3,07 milyon ton neft nəql olunub. Ötən ilin iyun ayında bu göstərici 3,3 milyon ton neft təşkil edib.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2010-cu il iyul ayının 1-ə qədər BTC-yə 124,7 milyon ton neft vurulub.

2009-cu ildə BTC ilə 38,2 milyon ton neft nəql olunub. 2008-ci ildə bu göstərici 32,8 milyon ton təşkil edib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir.

Boru kəmərinin tikintisi 2003-cü ilin mayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

"BTC Co"nun səhmdarları bunlardır: bp (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti