...

Azərbaycanın enerji sisteminin gücü 2015-ci ilədək 9 min meqavatadək artacaq - Nurəli Yusifov

Energetika Materials 20 İyul 2010 14:24 (UTC +04:00)
2015-ci ilədək Azərbaycanın enerji sisteminin gücü 9 min meqavata çatdırılacaq. Bununla yanaşı, bu göstəricinin 10 faizi alternativ və yenidən bərpa olunan enerji mənbələri təşkil etməlidir. Bu barədə çərşənbə axşamı Azərbaycan Elmi-Tədqiqat Layihə-Axtarış Energetika İnstitutunun direktoru Nurəli Yusifov deyib.
Azərbaycanın enerji sisteminin gücü 2015-ci ilədək  9 min meqavatadək artacaq - Nurəli Yusifov

Azərbaycan, Bakı, 20 iyul /Trend/

2015-ci ilədək Azərbaycanın enerji sisteminin gücü 9 min meqavata çatdırılacaq. Bununla yanaşı, bu göstəricinin 10 faizi alternativ və yenidən bərpa olunan enerji mənbələri təşkil etməlidir. Bu barədə çərşənbə axşamı Azərbaycan Elmi-Tədqiqat Layihə-Axtarış Energetika İnstitutunun direktoru Nurəli Yusifov deyib.

Onun sözlərinə görə, 2010-cu il üçün Azərbaycanın enerji sisteminin gücü 6 meqavat səviyyəsində proqnozlaşdırılıb, lakin hazırda onun səviyyəsi 6,5 meqavat gücə bərabərdir. Son 5 ildə enerji sisteminin gücü 2,7 min meqavat atrıb.

"Hazırda bir neçə yeni elektrik stansiyasının, o cümlədən, "Cənub" elektrik stansiyanın və kiçik su-elektrik stansiyalarının tikintisi həyata keçirilir", - Yusifov bildirib.

Onun fikrincə, hazırda enerjinin alternativ və yenidən bərpa olunan mənbələri üzrə işlər aparılır. İnstitut tərəfindən kiçik su-elektrik stansiyalarının və külək enerjisinin kadastrları hazırlanıb.

Yaxın vaxtlarda bir neçə kiçik su-elektrik stansiyasının və külək fermalarının tikintisinə başlanacaq.

Xəbər lenti

Xəbər lenti