...

"Ekol" QSC Azərbaycanın mədən ərazilərində torpaqların təmizlənməsi işlərini davam etdirir

Energetika Materials 2 Avqust 2010 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Yanvar-iyun aylarında "Ekol Mühəndislik Xidmətləri" QSC-nin nəqliyyat vasitələri ilə "Suraxanı Oyl" əməliyyat şirkətinin mədən ərazilərindən 11 min kubmetrdən çox çirkab və lay suları daşınıb. Bu barədə QSC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunduğuna görə, bu dövrdə Xəzər Dəniz Neft Donanmasının mədən ərazilərindən 680 kubmetr çirkab və lay suları daşınıb.

Bu müddət ərzində Heydər Əliyev adına BNEZ-də və "Azərneftyağ" NEZ-də neft şlamının emalı prosesində formalaşdırılan 5 156 kubmetr torpaq (quru qalıq) xüsusi ayrılmış əraziyə daşınıb.

Yanvar-iyun aylarında ARDNŞ-nin Nəqliyyat sexinin xüsusi təyinatlı nəqliyyat vasitələri ilə "Abşeronneft" NQÇİ-nin mədən ərazilərindən 515 kubmetr şlam, 4 558 kubmetr çirkab su, 1 468 kubmetr ştib, 2 267 kubmetr torpaq, "Balaxanıneft" NQÇİ-nin mədən ərazisindən isə 489 kubmetr şlam və 280 kubmetr torpaq daşınıb.

2006-cı ilin martında Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli məqsədilə yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri ARDNŞ (51%) və "Lancer S.A. Services" (49%) şirkətidir.

Xəbər lenti

Xəbər lenti