...

Yanvar-iyul aylarında Bakı Beynəlxalq Ticarət Limanı 1,1 milyondan çox neft və neft məhsulları daşıyıb

Energetika Materials 13 Avqust 2010 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir E.İsmayılov/

Yanvar-iyul aylarında Bakı Beynəlxalq Ticarət Limanı 1,1 milyondan çox neft və neft məhsulları daşıyıb. Bu göstərici yanvar-iyunda 950 min ton olub. Bu barədə cümə günü Bakı limanındakı mənbə deyib.

Onun sözlərinə görə, iyulda liman tərəfindən 185 min ton neft məhsulu daşınıb.

"İyulda liman 185 min ton neft və neft məhsulları daşıyıb. Ümumilikdə, cari ildə neft məhsullarının daşınmasında azalma tendensiyası müşahidə edilməkdədir", - mənbə deyib. İlin birinci yarısının yekunlarına görə, daşınmanın həcmi ötən ilin müvafiq göstəricisindən 20 faiz aşağı olub.

Bundan əvvəl mənbənin dediyi kimi, azalma tempi Qazaxıstan və Türkmənistan neftinin tranzitinin ümumi azalması, eləcə də ötən ilin ortalarından etibarən, Mərkəzi Asiyadan gələn neft məhsullarının Səngəçal terminalına göndərilməsi ilə bağlıdır. Orada daşınmanı "Cross Caspian" həyata keçirir.

2009-cu ildə Bakı limanı 2,5 milyon ton neft məhsulu daşıyıb ki, bu da 2008-ci il göstəricisindən 10 faiz azdır. 2009-cu ildə liman tərəfindən cəmi 5,1 milyon ton yük daşınıb.

Xəbər lenti

Xəbər lenti