...

Yanvar-iyulda Azərbaycanda neft və qaz hasilatı artıb

Energetika Materials 13 Avqust 2010 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Yanvar-iyul ayları ərzində Azərbaycanda 29,74 milyon ton neft və kondensat hasil edilib ki, bu da 2009-cu ilin analoji dövr göstəricisini 1,8 faiz üstələyir. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Yanvar-iyulda neft hasilatının əsas həcmi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşüb. O, "Azəri-Çıraq-Günəşli" dəniz yatağı blokunda və "Şahdəniz" qaz kondensatı yatağında 24,8 milyon ton neft və qaz kondensatı hasil edib ki, bu da ötən ilin müvafiq dövründən 2,3 faiz çoxdur.

Yanvar-iyunda Azərbaycanda qaz hasilatı 15,4 milyard kubmetrdən çox olub ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 11,2 faiz çoxdur. "Azəri-Çıraq-Günəşli" (səmt qazı) "Şahdəniz" yataqlarının payına 6,1 milyard kubmetr qaz düşür ki, bu da 2009-cu ilin yanvar-iyulundan 0,1 faiz çoxdur.

Yanvar-iyul aylarında Azərbaycanda 11 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövrünə olan göstəricidən 5 faiz azdır.

Xəbər lenti

Xəbər lenti