...

Ceyhan neft terminalından 1250 neft tankeri yüklənib

Energetika Materials 21 Avqust 2010 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust/Trend, müxbir E.İsmayılov/

Avqustun 21-nə olan məlumata görə, 2006-cı il iyunun 2-dən "Botas International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 1250 tanker "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəməri ilə nəql olunan neftlə yüklənib. Bu barədə BIL şirkətinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

BIL xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin yaradılması üçün Türkiyənin Dövlət Boru Şirkəti "Botaş" tərəfindən təsis edilib. 2001-ci ildə şirkət BTC neft kəmərinin istismara verilməsi məqsədilə yenidən təşkil edilib.

Məlumatda deyildiyinə görə, həmin dövr ərzində tankerlərə yüklənmiş neftin həcmi 979 milyon barel təşkil edib.

Ümumi uzunluğu 1768 kilometr olan BTC neft boru kəmərinin 443 km.-i Azərbaycan, 249 km Gürcüstan, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1%); AzBTC (25%); Chevron (8,90%); Statoil (8,71%); ТРАО (6,53%); Eni (5%); Total (5%); Itochu (3,40%); Inpex (2,50%); ConocoPhillips (2,50%) və Amerada Hess (2,36%).

Xəbər lenti

Xəbər lenti