...

ARDNŞ "Babək" dəniz strukturunda mühəndis-geoloji işlər aparır

Energetika Materials 2 Sentyabr 2010 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Geofizika və Geologiya İdarəsi ilin əvvəlindən Xəzər dənizinin Azərbaycan sektorundakı "Babək" perspektiv strukturunun 662 kilometrlik hissəsində batimetriya (dərinliyin ölçülməsi) işləri görür. Bu barədə cümə axşamı İdarənin məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, eləcə də strukturda 628 kilometr ərazidə həcmlərin sonar planlaşdırılması aparılıb.

Mühəndis-geoloji işlərin aparılmasında əsas məqsəd müxtəlif hidrotexniki qurğuların, eləcə də dəniz stasionar platformaların, üzən qazma qurğuların yerləşdirilməsi üçün dəniz dibinin və üst hissəsinin relyefinin öyrənilməsidir.

Bir müddət əvvəl ARDNŞ-dəki mənbənin dediyi kimi, strukturda kəşfiyyat qazması da nəzərdə tutulub. Qazma xidmətlərinin göstərilməsində "Caspian Drilling Company" (CDC) şirkəti iştirak edəcək. Quyunun qazılması "İstiqlal" qazma qurğusu tərəfindən həyata keçiriləcək.

Mənbə deyib ki, hələlik strukturda yalnız bir quyu qazılacaq, quyunun layihə dərinliyi 6800 metr təşkil edəcək.

Hazırda "Babək" strukturunda ARDNŞ tərəfindən tədqiqat işləri aparılır. Əsas məqsəd dəniz dibinin özəlliklərinin, əsasən onun davamlılığının və relyefinin aşkar edilməsidir.

ARDNŞ geoloqları "Babək" strukturunun ehtiyatlarını 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirirlər.

CDC ARDNŞ və "Santa Fe Corporation" şirkətinin birgə müəssisəsidir.

Xəbər lenti

Xəbər lenti