Gürcüstan, Tbilisi, 8 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın Neft və Qaz Korporasiyası 50 kilometrlik Saquramo-Navtluqi qaz kəmərinin çəkilişi üçün boruların alınması üzrə beynəlxalq tender elan edib.
Korporasiyadan Trend-ə verilən məlumatda bildirilir ki, iki lotda elan olunan tenderin şərtlərinə görə, qalib şirkət 2010-cu il dekabrın 15-dək iki mərhələdə 700 millimetrlik borular təqdim etməlidir.
Tenderdə həm hüquqi, həm də fiziki şəxslər iştirak edə bilərlər. Təkliflər sentyabrın 28-dən qəbul edilir.