...

ARDNŞ yanvar-sentyabr aylarında Bakı-Novorossiysk boru kəməri ilə 1,5 milyon tondan çox neft ixrac edib

Energetika Materials 4 Oktyabr 2010 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Yanvar-sentyabr aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakı-Novorossiysk şimal boru kəməri ilə 1,56 milyon tondan artıq neft ixrac edib. Ötən ilin müvafiq dövründə bu göstərici 1,85 milyon tondan çox təşkil edib. Bu barədə ARDNŞ-nin məlumatında bildirilir.

Sentyabrda bu boru kəməri ilə 84 min tona yaxın neft ixrac edilib. 2009-cu ilin analoji dövründəki bu göstərici 140 min tona yaxın təşkil edib.

ARDNŞ 2009-cu ildə Bakı-Novorossiysk boru kəməri ilə 2008-ci ildəki 1,2 milyon tona nisbətdə 2,5 milyon tona yaxın neft ixrac edib. 2007-ci ildə bu marşrutla 2006-cı ildəki göstərici ilə analoji həcmdə, yəni 1,2 milyon tona yaxın neft ixrac olunub. 2005-ci ildə Bakı-Novorossiysk boru kəməri ilə ixrac 1,6 milyon ton təşkil edib.

ARDNŞ Novorossiysk limanı vasitəsilə öz neft yataqlarında, eləcə də Azərbaycanın quru yataqlarında çalışan birgə müəssisələrin və əməliyyat şirkətlərinin hasil etdiyi neft məhsullarının yüklənib-boşaldılmasını həyata keçirir.

Bu gün Azərbaycan Bakı-Novorossiysk boru kəməri üzrə nəql vasitəsilə digər istehsalçıların nefti ilə qarışdırılaraq "Uralsk" markalı neftə çıxış əldə edir.

2007-ci ilin sonuna qədər Bakı-Novorossiysk boru kəmərinin operatoru Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) olub, sonra bu funksiyanı ARDNŞ-yə ötürüb.

Xəbər lenti

Xəbər lenti