...

"SOCAR Georgia Gas" beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb

Energetika Materials 11 Oktyabr 2010 18:11 (UTC +04:00)
"SOCAR Energy Georgia" MMC-nin (Azərbaycan və Gürcüstanın Dövlət Neft şirkətlərinin maraqlarını təmsil edir) törəmə müəssisəsi olan "SOCAR Georgia Gas" İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb.
"SOCAR Georgia Gas" beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

"SOCAR Energy Georgia" MMC-nin (Azərbaycan və Gürcüstanın Dövlət Neft şirkətlərinin maraqlarını təmsil edir) törəmə müəssisəsi olan "SOCAR Georgia Gas" İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb. Bu barədə bazar ertəsi ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) verilən məlumatda deyilir

"SOCAR Energy Georgia"nın ofisində sertifikatın təntənəli təqdimetmə mərasimi keçirilib. Mərasimdə "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov, "SOCAR Georgia Gas" MMC-nin direktoru Anar Məmmədov və MMC-nin digər əməkdaşları, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

2008-ci ilin noyabr ayında Azərbaycan və Gürcüstan arasında 2009-cu ildən başlayaraq son beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin genişlənməsinə imkan yaradacaq saziş imzalanıb. Memoranduma əsasən, ARDNŞ layihənin həyata keçirilmıəsi üçün Gürcüstan hökuməti tərəfindən müəyyən olunmuş qaz istehlakçıları qrupunu (sosial qruplar) təmin edən "SOCAR Georgia Gas" törəmə şirkətini yaradıb.

Həmçinin, 2008-ci il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti Gürcüstanın müxtəlif regionlarını əhatə edən 30 qazpaylayıcı təsərrüfat və şəbəkələrin idarəyə verilməsi haqqında müqavilə imzalayıblar.

ARDNŞ azərbaycanlıların sıx şəkildə yaşadığı Gürcüstanın Marneuli rayonunda qaztənzimləyici şəbəkəni istifadəyə götürüb. Marneulinin paylayıcı şəbəkələri Gürcüstanda şirkət tərəfindən istifadəyə alınmış 31 qaz təsərrüfatını özündə birləşdirir.

Xəbər lenti

Xəbər lenti