...

Yanvar-sentyabrda Sumqayıt elektrik stansiyası 1 milyard kVt saatdan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 14 Oktyabr 2010 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Yanvar-sentyabrda Sumqayıt elektrik stansiysı 1 milyard kVt saatdan çox elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırılandan 11,4 milyon kilovat-saat çoxdur. Bu barədə cümə axşamı "Azərenerji" ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, bu dövrdə enerjiötürən və paylayıcı sistemlərin rasional iş səviyyəsinin artırılması üzrə işlər görülüb.

Sumqayıt elektrik stansiyası 2009-cu ilin noyabrında istismara verilib. Stansiya hər birinin gücü 164 meqavat olan iki qaz turbinindən, gücü 189 meqavat olan bir buxar turbinindən ibarətdir. Stansiyada istehsal olunan enerjinin enerji sisteminə verilməsi üçün 220 kilovoltluq "Promuzel" və "Yaşma" elektrikötürücü xətləri çəkilib. Onların hər birinin uzunluğu 6,5 kilometrə yaxındır. Sumqayıt elektrik stansiyası Sumqayıtın və Abşeron yarımadasının enerji təhlükəsizliyini təmin edir. O, həmçinin, enerjiötürücü və paylayıcı sistemlərin fasiləsiz işinin təmin olunmasında da böyük rol oynayır.

Xəbər lenti

Xəbər lenti