...

ARDNŞ yanvar-sentyabr aylarında neft hasilatını artırıb

Energetika Materials 16 Oktyabr 2010 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Yanvar-sentyabr aylarında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Neftqazçıxarma idarələri ölkənin ofşor və onşor yataqlarında 40,34 milyon barel neft (5,49 milyon ton) hasil ediblər. Bu göstərici 2009-cu ilin analoji dövründə 40,16 milyon barel (5,46 milyon ton) təşkil edib. Bu barədə şənbə günü ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-nin xarici şirkətlərlə birgə layihələrinin payına 9,7 milyon barelə yaxın neft düşür. Bunun 1,64 milyon bareli əməliyyat şirkətlərinin, 7,2 milyon barelə yaxını "Azəri-Çıraq-Günəşli" layihəsinin, 852 min bareli isə "Şahdəniz" yatağında qaz-kondensatın payına düşür.

Yanvar-sentyabr aylarında ARDNŞ 5,75 milyard kubmetrə yaxın qaz alıb. Ötən ilin analoji dövrü üçün bu göstərici 5,56 milyard kubmetrdən çox olub. Həmin dövrdə ARDNŞ-nin Neftqazçıxarma idarələri 5,32 milyard kubmetr qaz hasil ediblər. Quruda qaz hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri yanvar-sentyabr aylarında ARDNŞ-yə 51,7 milyon kubmetr qaz veriblər.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında ARDNŞ üçün 2,53 milyard kubmetrə yaxın səmt qazı hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici 3 milyard kubmetrə yaxın təşkil edib.

Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanı quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti