...

Azərbaycan Dövlət Neft Şirkəti yeni gəmi alıb

Energetika Materials 27 Oktyabr 2010 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) Dənizkənarı Milli Park boyunca Bakı buxtasında dənizin səthindən neft qalıqlarının və məişət tullantılarının təmizlənməsi prosesi çərçivəsində Bakıya "Bulvar-1" gəmisini gətirib. Bu barədə çərşənbə günü ARDNŞ-dən məlumat verilib.

Məlumatda deyildiyi kimi, ARDNŞ rəhbərliyi Türkiyənin "Beşiktaş" gəmiqayırma şirkəti tərəfindən tikilmiş yeni gəmiyə baxış keçirib.

Uzunluğu 12,4, eni 3,2 metr olan bu gəmi dəniz səthindən neft təbəqəsinin yığılması üçün lazımi avadanlıqla təchiz olunub. Gəminin təyinatı üzrə fəaliyyətindən asılı olaraq, gələcəkdə daha iritutumlu analoji gəmilərin alınması məsələsi nəzərdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti