...

Bakıda qazın verilişi yaxın vatlarda normallaşdırılacaq

Energetika Materials 1 Noyabr 2010 19:04 (UTC +04:00)
Qış mövsümündə fasiləsiz qaz təminatına yönələn ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin avadanlıqlarında planlaşdırılmış profilaktik işlərlə əlaqədar olaraq, Bakı şəhərinin mərkəzi rayonlarında qazın verilməsində bəzi fasilələr müşahidə olunur.
Bakıda qazın verilişi yaxın vatlarda normallaşdırılacaq

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.İsmayılov/

Qış mövsümündə fasiləsiz qaz təminatına yönələn ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin avadanlıqlarında planlaşdırılmış profilaktik işlərlə əlaqədar olaraq, Bakı şəhərinin mərkəzi rayonlarında qazın verilməsində bəzi fasilələr müşahidə olunur. Bu barədə bazar ertəsi respublikanın neft-qaz sektorundakı mənbə bildirib.

Mənbənin dediyinə görə, yaxın vaxtlarda avadanlığın dəyişdirilməsi üzrə bütün işlər başa çatdırılacaq və qazın verilməsi normal rejimdə bərpa ediləcək.

Xəbər lenti

Xəbər lenti