Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.İsmayılov/
Yanvar-oktyabr aylarında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanı tərəfindən 35,2 milyon ton neft daşınıb. 2009-cu ilin yanvar-oktyabr aylarında bu göstərici 37 milyon tona yaxın təşkil edib. Bu barədə limanın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.
"Novorossiysk Dəniz Ticarət Limanı" ASC yanvar-oktyabr aylarında 10,7 milyon tona yaxın neft məhsulları daşıyıb. 2009-cu ilin analoji dövründə bu göstərici 10,8 milyon ton təşkil edib.
Ümumilikdə yanvar-oktyabr aylarında liman tərəfindən 69,1 milyon tona yaxın müxtəlif yüklər daşınıb. 2009-cu lin analoji dövründə bu göstərici 71,87 milyon tona yaxın təşkil edib.
ARDNŞ Novorossiysk limanı vasitəsilə şəxsi neftinin daşınmasını həyata keçirir. Yanvar-oktyabr aylarında ARDNŞ Bakı-Novorossiysk boru kəməri üzrə 1,78 milyon ton neft ixrac edib. Bu göstərici 2009-cu ilin analoji dövründə 2,1 milyon ton təşkil edib. Bu barədə ARDNŞ-dən məlumat verilib. Oktyabrda Novorossiysk limanından 219,5 min ton neft ixrac olunub. Bu göstərici 2009-cu ilin eyni dövründə 248 min ton təşkil edib.
ARDNŞ 2009-cu ildə Bakı-Novorossiysk boru kəməri ilə 2,5 milyon tona yaxın neft ixrac edib. 2008-ci ildə bu göstərici 1,2 milyon ton təşkil edib. 2007-ci ildə bu marşrut üzrə 1,2 milyon ton neft ixrac olunub ki, bu da 2006-cı ilin analoji dövrü ilə eynidir. 2005-ci ildə Bakı-Novorossiysk vasitəsilə ixrac 1,6 milyon ton neft təşkil edib.
Novorossiysk Qara dəniz ticarət limanının yükdaşımaları üzrə ümumi cədvəl:
|
Yanvar-oktyabr, 2010 |
Yanvar-oktyabr, 2009 |
Fərq |
||
|
Min ton |
Min ton |
%-lə |
||
|
Ümumi yük dövriyyəsi |
69 067,5 |
71 867 |
-2 799,5 |
-3,9 |
|
Maye yüklər (cəmi) |
46 416,1 |
48 427,4 |
-2 011,3 |
-4,2 |
|
Xam neft |
35 194,3 |
36 927,6 |
-1 733,3 |
-4,7 |
|
Neft məhsulları |
10 681,3 |
10 832,2 |
-150,9 |
-1,4 |