...

Polşa "Sarmatiya" şirkətinin effektivliyinin artırılmasını təklif edir

Energetika Materials 24 Noyabr 2010 14:04 (UTC +04:00)
Polşa Odessa-Brodı-Plotsk-Qdansk neft nəqli dəhlizinin yaradılması məsələsi ilə məşğul olan "Sarmatiya" beynəlxalq boru kəməri şirkətinə onun yeni reallıqlara uyğunlaşması və işinin səmərəliliyinin artırılması məqsədi ilə fəaliyyətinin araşdırlmasını təklif edir.
Polşa "Sarmatiya" şirkətinin effektivliyinin artırılmasını təklif edir

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E.İsmayılov/

Polşa Odessa-Brodı-Plotsk-Qdansk neft nəqli dəhlizinin yaradılması məsələsi ilə məşğul olan "Sarmatiya" beynəlxalq boru kəməri şirkətinə onun yeni reallıqlara uyğunlaşması və işinin səmərəliliyinin artırılması məqsədi ilə fəaliyyətinin araşdırlmasını təklif edir. Bu barədə Polşa Baş nazirinin müavini Valdemar Pavlyak çərşənbə günü Bakıda bildirib.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyanın Bakıda keçirilən iclası zamanı Pavlyak (komissiyanın həmsədri) qeyd edib ki, Polşa Avropa İttifaqının üzvüdür və Azərbaycanla əməkdaşlıq hər iki ölkəyə fayda verə bilər.

Onun sözlərinə görə, yaxın vaxtlarda Polşada iri müəssisələrin özəlləşdirilməsi prosesinə başlanılacaq və Polşa tərəfi Azərbaycana həmin prosesdə fəal iştirak etməyi təklif etmək fikrindədir.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev (komissiyanın həmsədri) Azərbaycan-Polşa əlaqələrinin vacibliyin qeyd edib və iqtisadi-ticarət əməkdaşlığının əsasını enerji sektorunun təşkil etdiyini bildirib.

Odessa-Brodı neft nəqli layihəsi neftin Ukrayna NEZ-ə çatdırılması və ölkənin tranzit imkanlarının artırılması məqsədi ilə planlaşdırılıb. Odessa-Brodı neft kəmərinin tikintisi 2002-ci ilin aprel ayında başa çatıb. Magistral 674 km uzunluğa malikdir və borunun diametri 1020 mm-dir. Neft kəməri və terminalın gücü il ərzində 9-14 milyon ton təşkil edir.

"Sarmatiya"nın iştirakçıları ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), Gürcüstanın "Georgian Oil and Gas Corporation Ltd." (GOGC), Ukraynanın "Ukrtransnafta", Polşanın "Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A." və Litvanın "AB Klaipedos Nafta" şirkətləridir. Əsas iştirakçıların hər birinin payı 24,75 faiz, Litva şirkətini payı isə bir faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti