Azərbaycan, Bakı, 11 dekabr /Trend/
Yaxın günlərdə "Ekol Mühəndislik Xidmətləri" QSC Hollandiya istehsalı, yeni üçfazalı modul dekantor qurğusunu istismara verməyi planlaşdırır. Bu barədə şənbə günü QSC-dən məlumat verilib.
Məlumata əsasən, yeni qurğunun gücü saatda 20 kubmetr təşkil edir.
Yeni qurğunu tətbiq etməklə, emal olunan neftşlam 3 fazaya: neft qarışığı, su və mexaniki qarışıqlar fazasına ayrılacaq. Bu, emalın keyfiyyətinin yüksəlməsi və iqtisadi səmərəliliyin artırılması ilə yanaşı, ekoloji vəziyyətin yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərəcək.
2006-cı ilin martında Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün yaradılmış "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) - 51 faiz və Lancer S.A. Services-dir - 49 faiz.