...

ARDNŞ avtomobillərin Avro-2 standartına uyğun olmasının yoxlamağa hazırdır

Energetika Materials 17 Dekabr 2010 16:00 (UTC +04:00)
ARDNŞ-nin Ekologiya İdarəsi idxal edilən və respublikada istehsal edilən avtomobillərə ekoloji Avro-2 standartlarının tətbiqi ilə əlaqədar olaraq, bütün arzulayanlara laborator xidmətlər göstərməyə hazırdır.
ARDNŞ avtomobillərin Avro-2 standartına uyğun olmasının yoxlamağa hazırdır

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin Ekologiya İdarəsi idxal edilən və respublikada istehsal edilən avtomobillərə ekoloji Avro-2 standartlarının tətbiqi ilə əlaqədar olaraq, bütün arzulayanlara laborator xidmətlər göstərməyə hazırdır. Bu barədə cümə günü mətbuat konfransında idarə rəhbərinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, Ekologiya İdarəsinin laboratoriyası avtomobil vasitələrinin ekoloji Avro-2 standartlarına uyğun olması üzrə yoxlanışın aparılmasına hamıdan birinci akkreditasiya alıb. Hazırda laboratoriya yalnız ARDNŞ-nin idarə və müəssisələrinə xidmət göstərir.

"Digər təşkilat və strukturlardan müraciətlər olarsa, biz xidmətlərimizi təklif etməyə hazırıq. Bunun üçün laboratoriyanın bütün lazımi imkanları var", - Kərimov qeyd edib.

Onun sözlərinə görə, hazırda şirkətin ARDNŞ-nin avtomobil vasitələrinin ekoloji standartlara uyğun olumasını yoxlamaq üçün üç nəzarət-ölçü məntəqəsi var. 2011-2012-ci illər ərzində Ekologiya İdarəsi daha beş belə məntəqəni Şəki, Yevlax, Quba-Qusar regionlarında, Gəncə və Naxçıvanda açmağı planlaşdırır.

"Bu məntəqələr təkcə ARDNŞ-nin avtomobil vasitələrinə deyil, eləcə də bütün arzulayanlara öz xidmətlərini göstərə bilərlər", - Kərimov bildirib.

ARDNŞ-nin tərkibinə daxil olmayan bu növ xidmətlərin göstərilməsi üçün idarəyə müvafiq müraciət daxil olmalıdır. Müəssisələrə kənardan göstəriləcək xidmətlər ödənişli olacaq.

Laboratoriyalara avtomobil vasitələrinin Avro-2 standartlarına uyğul olmasının yoxlanılması sahəsində xidmətlərin göstərilməsi üçün lisenziyanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi verir.

Xəbər lenti

Xəbər lenti