Azərbaycan, Bakı, 18 dekabr /Trend/
Cari ilin yanvar-noyabr aylarında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə yanacaq qismində istifadə üçün 3,58 milyard kubmetrdən çox qaz verilib. Ötən ilin analoji dövründə bu göstərici 3,92 milyard kubmetrdən çox olub. Bu barədə "Azərenerji"yə qaz tədarük edən ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatında bildirilir.
Noyabrda "Azərenerji"yə 377,5 milyon kubmetr həcmində qaz verilib ki, ötən ilin analoji dövründə bu rəqəm 310,3 milyon kubmetr təşkil edib.
2009-cu ildə "Azərenerji"yə 2008-ci ildəki 4,95 milyarda qarşı 4,32 milyard kubmetrə yaxın qaz verilib. 2007-ci ildə bu göstərici 3,4 milyard kubmetr olub.