...

Belarus yazdan etibarən "svop" əməliyyatlar əsasında Azərbaycan neftini almağı planlaşdırılır

Energetika Materials 21 Dekabr 2010 19:15 (UTC +04:00)
Belarus 2011-ci ilin martından etibarən Azərbaycan neftini almağı planlaşdırır. Bu barədə Belarusun BELTA informasiya agentliyi "Belneftxim" konserninin sədri Bronislav Sivoqonun sözlərinə istinadən məlumat verib.
Belarus yazdan etibarən "svop" əməliyyatlar əsasında Azərbaycan neftini almağı planlaşdırılır

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.İsmayılov/

Belarus 2011-ci ilin martından etibarən Azərbaycan neftini almağı planlaşdırır. Bu barədə Belarusun BELTA informasiya agentliyi "Belneftxim" konserninin sədri Bronislav Sivoqonun sözlərinə istinadən məlumat verib.

Sivoqonun Belarus Respublikasının Nümayəndələr Palatası və Şurasının iki daimi komissiyasının geniş iclasında səsləndirdiyi sözlərə görə, 2011-ci ilin martından etibarən Belarusa "svop" tədarükləri əsasında Azərbaycan nefti göndəriləcək. "Biz boru ilə yüngül Azərbaycan nefti alacağıq", - o qeyd edib.

Belarus, Venesuela və Azərbaycan tərəfləri arasında svop tədarükü ilə bağlı razılaşma mövcuddur. Eləcə də ARDNŞ-ni Venesuelanın "Santa Barbara" neft növü maraqlandırır. Şirkət nefti Venesuela tərəfinin Belarusa satmaq istədiyi həcmdə ABŞ, əsasən də Şimali Amerika bazarlarında satmaq fikrindədir. Daha doğrusu, ARDNŞ Belarusa neft sata və həmin həcmi Venesueladan ala bilər.

Bu halda söhbət ildə beş milyon tona yaxın neftdən gedə bilər. Venesuela neftinin Azərbaycan nefti ilə qarışdırılması əsasındakı əməliyyatlar nəqliyyat xərclərini azaltmağa imkan verir.

Azərbaycan neftinə toxunan Siviqo qeyd edib ki, bu variant Belarus üçün sərfəlidir. "Biz boru ilə Azərbaycan neftini alacağıq və prinsipcə, ixrac işi üçün heç də pis olmayan iqtisadiyyata malik olacağıq", - o bildirib.

Əvvəllər ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsinin dediyi kimi, bu layihə çərçivəsində əməliyyatların həyata keçirilməsi CIF şərtləri əsasında Azərbaycan neftinin Ukrayna limanlarına çatdırılmasını nəzərdə tutur və neftin sonralar nəqli məsələsinə aid deyil.

Belarusla Ukrayna arasında Belarusun NEZ-lərinə neftin satışı ilə bağlı hökumətlərarası saziş mövcuddur və Azərbaycan neftinin sonrakı nəqli məsələsini məhz bu tərəflər müəyyənləşdirəcək.

Azərbaycan neftinin Ukraynadan Belarusa əsas tədarük variantı kimi onun "Odessa-Brodı" boru kəməri ilə avers istiqamətində işlə salınması yolu ilə nəqli nəzərdən keçirilir.

Odessa-Brodı neft nəqli layihəsi neftin Ukrayna NEZ-lərinə tədarükünün diversifikasiyası və ölkənin tranzit imkanlarının artırılması məqsədi ilə planlaşdırılıb. Odessa-Brodı neft kəmərinin tikintisi 2002-ci ilin aprel ayında başa çatıb. Magistral 674 km uzunluğa malikdir və borunun diametri 1020 mm-dir. Neft kəməri və terminalın gücü il ərzində 9-14 milyon ton təşkil edir.

Ukrayna neft boru kəmərinin tikilməsi anından iki il ərzində Xəzər neftinin bu kəmərlə birbaşa nəqlinə nail olmaq üçün uğursuz çalışıb. Şirkətlərdən konkret təkliflər almayan Ukrayna hökuməti 2004-cü il iyunun sonunda Rusiya neftinin nəqli üçün boru kəmərindən revers istiqamətdə istifadəyə icazə verib.

Xəbər lenti

Xəbər lenti