...

ARDNŞ Azərbaycanda neft muzeyinin tikintisinə başlamağa hazırlaşır

Energetika Materials 5 Yanvar 2011 12:06 (UTC +04:00)
2011-ci ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bibiheybət NQÇİ-nin ərazisində Azərbaycanda neft muzeyinin tikintisinə başlamağı planlaşdırır. Bu barədə çərşənbə axşamı ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib.
ARDNŞ Azərbaycanda neft muzeyinin tikintisinə başlamağa hazırlaşır

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir E.İsmayılov/

2011-ci ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bibiheybət NQÇİ-nin ərazisində Azərbaycanda neft muzeyinin tikintisinə başlamağı planlaşdırır. Bu barədə çərşənbə axşamı ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, NQÇİ ərazisində neftlə çirklənmiş torpaqların təmizlənməsi işləri aparılacaq, bundan sonra ərazidə müxtəlif ağaclar əkiləcək. Plana görə, muzey 45 hektar ərazidə yerləşəcək.

Abdullayevin sözlərinə görə, bu ərazidə neftçilər üçün yeni yaşayış kompleksinin tikintisi də planlaşdırılır. Yaşayış kompleksinin tərkibinə daxil olan evlər 2000 mənzildən ibarət olacaq.

Layihə açıq və qapalı muzey kompleksi zonalarının inşasını nəzərdə tutur. Açıq zonada sərgi qalereyaları, uşaq muzeyi və İnternet klub, bir neçə kafe, suvenir mağazaları, iclas zalları, elmi-tədqiqat mərkəzi, kitabxana, ARDNŞ-nin mərkəzləşdirilmiş arxivi, qonaq evi yerləşəcək. Qapalı zonaya muzeyin binası daxildir. Açıq zonada həm də park kompleksi və avtomobil dayanacağının inşası planlaşdırılıb.

Yeni muzeyin tikintisi zamanı beynəlxalq konstruksiya standartlarına müvafiq yüksək keyfiyyətli material və avadanlıqdan, həmçinin yeni texnologiya və innovasiyalardan istifadə etmək nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti