...

OPEC-in başçısı, İranın neft nazirinin Bakıya səfəri başlayıb

Energetika Materials 12 Yanvar 2011 09:20 (UTC +04:00)
Bu gün İranın neft naziri, OPEC-in başçısı Seid Məsud Мirkaziminin Azərbaycana səfəri başlayıb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İskəndəri bildirib.
OPEC-in başçısı, İranın neft nazirinin Bakıya səfəri başlayıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir T.Jəfərov/

Bu gün İranın neft naziri, OPEC-in başçısı Seyyid Məsud Мirkaziminin Azərbaycana səfəri başlayıb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İskəndəri bildirib.

Onun sözlərinə görə, nazirin Bakıda keçirəcəyi danışıqlar zamanı, enerji sahəsində ikitərəfli münasibətlərin və birgə layihələrin müzakirəsi planlaşdırılıb.

Azərbaycan qazının İrana ixracatı haqda uzunmüddətli sazişin imzalanmasının ehtimalı da istisna olunmamalıdır.

Azərbaycan və İran hazırda qaz sahəsində, elektrik enerjisinin mübadiləsi üzrə əməkdaşlıq edir.

Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr (296,5 kilometri Azərbaycan ərazisində) olan Qazı Məmməd - Astara - Bind-Biand qaz kəməri əlaqələndirir. Marşrut 1971-ci ildə istismara verilən Qazax - Astara - İran boru kəmərinin qoludur. Bu istiqamətdə üç - Qazı Məmməd, Ağdaş və Qazax kompressor stansiyaları tikilib. Boru kəmərinin diametri 1200 millimetridir.

Hazırda ARDNŞ Astara rayonunda yeni kompressor stansiyası tikir ki, bu da ilin sonunadək İrana qaz nəqlini artırmağa imkan verəcək.

Hazırda Azərbaycan qazının İrana nəqli Naxçıvan MR-in qazla təmin olunması üçün həyata keçirilir. Astarada stansiyanın genişləndirilməsi nəticəsində  Muxtar Respublika qazla tamamilə təmin ediləcək. Sərbəst həcmlərin yaranacağı təqdirdə, ARDNŞ-nin artıq qazı İrana satmaq imkanı yaranacaq. İran tərəfi bir neçə dəfə bildirib ki, ildə beş milyard kubmetrə qədər Azərbaycan qazını ala bilər.

Xəbər lenti

Xəbər lenti