...

Türkiyə 2010-cu ildə qaz idxalını və istehlakını azaldıb

Energetika Materials 26 Yanvar 2011 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə BOTAŞ dövlət boru kəməri şirkəti Türkiyəyə müxtəlif mənbələrdən 32,5 milyard kubmetrə yaxın qaz idxal edib. 2009-cu ildə bu göstərici 33,6 milyard kubmetr olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü BOTAŞ şirkətinin rəsmi İnternet saytı xəbər verilib.

2008-ci ildə bu rəqəm 37,8 milyard kubmetr təşkil edib.

Ötən il BOTAŞ boru kəməri şirkətinin ixrac əməliyyatlarının payına 2009-cu ildəki 721 milyon kubmetrə qarşı 660 milyon kubmetr qaz düşür, 2008-ci ildə bu göstərici 443 milyon kubmetr, 2007-ci ildə isə 31 milyon kubmetr olub.

2010-cu ildə Türkiyənin daxili bazarında 31,46 milyard kubmetrdən artıq qaz satılıb. 2009-cu ildə bu göstərici 32 milyard kubmetr, 2008-ci ildə 36 milyard kubmetr, 2007-ci ildə isə 35,1 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti