...

ARDNŞ Xəzərdə geofiziki işlərə hazırdır

Energetika Materials 26 Yanvar 2011 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /Trend,müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Bahar-2" perspektivli strukturu və "Qum Dəniz" yatağı arasındakı məsafədə ikiölçülü geofiziki tədqiqatların aparılmasına tamamilə hazırdır. Bu barədə çərşənbə günü neftqaz bazarındakı mənbə bildirib.

Bundan əvvəl ARDNŞ "Bahar" və "Qum Dəniz" dəniz yataqlarına çıxan blokda kəşfiyyat, bərpa, hazırlama və hasilat üzrə "Bahar Energy Limited" şirkəti ilə PSA tipli müqavilə imzalayıb. Müqavilə artıq Azərbaycan Milli Məclisi tərəfindən təsdiq olunub.

Mənbədən verilən məlumata görə, ARDNŞ müqavilənin imzalanmasına qədər artıq 70 kvadratkilometrlik sahədə "Bahar -2" perspektivli strukturunda geofiziki tədqiqatların bir hissəsini aparıb.

"Hazırda "Bahar Energy" ilə seysmik işlərin aparılması üzrə müqavilənin imzalanması barədə danışıqlar gedir, lakin buna baxmayaraq, ARDNŞ bu sahədə nəzərdə tutulmuş işlərin aparılmasına hazırdır", - o, deyib.

Müqavilənin imzalanması məsələsinə gəldikdə isə, mənbə bildirib ki, bu, şirkətlə danışıqların nəticələrindən asılı olacaq.

ARDNŞ və "Bahar Energy" arasında imzalanmış müqavilənin ikinci hisssəsi "Bahar-2" strukturunda kəşfiyyatı nəzərdə tutur. Üç il ərzində kəşfiyyat çərçivəsində bir kəşfiyyat quyusu qazmaq planlaşdırılır və lazım olarsa, dördüncü il daha bir quyu qazıla bilər. İlkin hesabatlara görə, "Bahar Energy Limited" şirkəti müqavilə çərçivəsində işlərin gerçəkləşməsinə bir milyard dollar həcmində investisiya qoyacaq.

"Bahar" yatağı 1969-cu ildən istismar olunur və Bakıdan 40 kilometr cənub-şərqdə yerləşir.

Xəbər lenti

Xəbər lenti